Siyasət

“Türkiyədən Yunanıstana qanunsuz keçən miqrantların sayı 99 faiz azalıb”

25 İyul, 2017
869
Ankara və Brüssel arasında imzalanmış miqrasiya sazişi sayəsində Türkiyədən Yunanıstanın adalarına qanunsuz keçən miqrantların sayı 99 faiz azalıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Brüsseldə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransında bildirib.  
 
Nazir, Aİ nümayəndələri ilə energetika və terrorla mübarizə sahələrində əməkdaşlıq məsələlərinin  müzakirə olunduğunu bildirib: "Qətər, Suriya, Liviya və Ukraynadakı böhranları da müzakirə etdik. Bu mövzulara dair mövqelərimizdə heç bir fikir ayrılığı yoxdur”, - deyə M.Çavuşoğlu qeyd edib.  
 
M.Çavuşoğlu Türkiyədəki həbslərlə bağlı məsələyə toxunaraq,  saxlanılan jurnalist və deputatları terrorçuluğu dəstəkləməkdə ittiham edib: "Bizim parlament seçkilidir, lakin deputatlar arasında terrorçulara silah ötürənlər, jurnalistlər arasında isə terrorçuları dəstəkləyənlər var. FETÖ-nü dəstəkləyənlərə qarşı tədbir görülməzsə problemlər artacaq. Fövqəladə vəziyyət rejimi çərçivəsində vəzifəsindən azad edilən məmurların apelyasiyalarına baxılması üçün komissiya yaratmışıq, digər addımlar da atılır, Aİ ilə bundan sonra da harmonik əməkdaşlıq etmək niyyətindəyik”.    


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo