Dünya

Türkiyədə və Rusiyada dollar ucuzlaşıb

6 Fevral, 2017
684
Rusiyada ABŞ dollarının məzənnəsi son 18 ayda ən aşağı səviyyəyə düşüb. 
 
Türkiyədə isə ABŞ dollarının məzənnəsi bu gün, nağd valyuta bazarında 3,68 lirə səviyyəsindədir. Hazırda məzənnə USD/TRY 3,6835 lirədir: alış – 3,6827, satış – 3,6842. Öncəki hərracın nəticəsində məzənnə 3,6969 lirə olmuşdu. Bu isə lirənin 0,36% bahalaşmasından xəbər verir.
 
RUB/USD nisbəti 58,6-ya bərabər olub ki, bu da Rusiyada qeydə alınmış tarixi rekord göstəricidən 32% aşağıdır. 

Xatırladaq ki, ötən həftə bu ölkənin Maliyyə Nazirliyi və Mərkəzi Bankı Amerika valyutasının izafi ucuzlaşmasının qarşısını almaq üçün bazardan dollar alınmasına qərar veriblər. Qərara əsasən, bu gündən başlayaraq martın 7-nə qədər daxili bazardan 113,1 mlrd. rubl (1,93 mlrd. dollar) çıxarılmalıdır.
 
Bununla belə, dolların ucuzlaşmasının qarşısı almaq mümkün olmayıb. Baxmayaraq ki, analitiklər maliyyə orqanlarının qərarından sonra dolların 10% bahalaşacağını ehtimal edirdilər. 

"Report"un analitik qrupu hesab edir ki, dolların ucuzlaşmasına səbəb Rusiyaya axan xarici kapitaldır. Belə ki, "Emerging Portfolio Fund Research" (EPFR) - inkişaf etməkdə olan ölkələrə yatırım araşdırmaları təşkilatının hesabatına görə, 25 yanvar-1 fevral tarixlərində Rusiyaya rekord həcmdə 140 mln. ABŞ dolları kapital daxil olub. Ümumilikdə isə artıq 12-ci həftədir ki, Rusiya bazarına vəsait daxil olmaqda davam edir. Əgər bu pullar valyuta bazarından çıxarılmalda RUB/USD nisbətinin 50-yə qədər azalması mümkündür. 
 
Mənbə: Fins.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo