22:51, 06 Aprel 2018 (Cümə) 270

Türkiyədə terror əməliyyatında 2 əsgər ölüb

Türkiyədə terror əməliyyatında 2 əsgər ölüb
Türkiyə ordusunun 2 əsgəri şəhid olub. 

"APA"-nın verdiyi məlumata görə, hadisə Hakkari vilayətində qeydə alınıb.

Çukurca rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatı zamanı baş verən partlayış nəticəsində 2 əsgər həlak olub, 1-i yaralanıb.

Bölgədə antiterror əməliyyatının davam etdiyi bildirilir.