20:41, 20 Aprel 2018 (Cümə) 35

Türkiyədə növbədənkənar seçkilər barədə qərar qəbul edilib

Türkiyədə növbədənkənar seçkilər barədə qərar qəbul edilib


/ DÜNYA
Aprelin 20-i Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.

APA-nın verdiyi məlumata görə, təklif parlamentdə 386 səslə qəbul edilib.

Beləliklə, 2018-ci il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.