14:18, 30 Mart 2018 (Cümə) 283

Türkiyədə miqrantlar olan avtobus qəzaya düşüb

Türkiyədə miqrantlar olan avtobus qəzaya düşüb


/ DÜNYA
Türkiyənin şərqində yol qəzasında həlak olmuş 17 nəfər arasında Əfqanıstan, Pakistan və İrandan miqrantlar olub. Bunu Türkiyə rəsmiləri və media martın 30-da bildirib.

Martın 29-da axşam İqdır vilayətində törədilmiş qəzada 36 nəfər yaralanıb.

Vilayətin valisi Enver Unlu-nun deməsinə görə, miqrantlarla dolu mikroavtobus işıq dirəyinə dəyib və alışıb.

Sərnişinlərdən bəziləri dərhal həlak olub. Bəziləri isə yola yıxılıb və onları içində miqrantlar olan başqa bir mikroavtobus vurub.

Anadolu dövlət agentliyinin məlumatına görə, miqrantlar Əfqanıstan, Pakistan və İrandan imiş və maşınlar da İrandan Türkiyəyə qanunsuz keçibmiş

Unlu hadisə yerində deyib ki, "ağrılı miqrant faciəsiylə üzləşdik”.