10:35, 08 Oktyabr 2018 (Bazar ertəsi) 268

Türkiyədə kütləvi zəhərlənmə olub

Türkiyədə kütləvi zəhərlənmə olub


/ DÜNYA
Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib.
 
Hadisə nəticəsində 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.

Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.