17:03, 16 Fevral 2018 (Cümə) 135

Türkiyədə həbsdə olan jurnalist azadlığa çıxdı

Türkiyədə həbsdə olan jurnalist azadlığa çıxdı
Türkiyədə həbsə olan türk əsilli almaniyalı jurnalist Deniz Yücel azadlığa çıxdı.

Bu barədə fevralın 16-da Almaniyanın " Die Welt” qəzeti onun vəkilinə istinadla məlumat yayıb.

Reutersin məlumatına görə xəbəri Almaniyanın xarici işlər nazirliyi də təsdiqləyib.

Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 2017-ci il fevralın 14-dəİstanbulda saxlanmışdı.

O ,terrorçuluğu təbliğ etmə və zorakılığı qızışdırmaqda şübhəli bilinirdi.

Jurnalist ittihamları rədd edir.