10:49, 19 İyul 2018 (Cümə axşamı) 200

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib


/ DÜNYA
Türkiyədə fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib.

"Anadolu” agentliyi xəbər verir ki, övqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da  qüvvədən düşüb.  Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Sonra isə parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, terrorçuluqla mübarizə davam etdiriləcək. "Təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, deyə İ.Kalın vurğulayıb.