22:04, 18 Aprel 2018 (Çərşənbə) 185

Türkiyədə də prezident seçkisi qabağa çəkildi

Türkiyədə də prezident seçkisi qabağa çəkildi
Türkiyədə prezident seçkisi bir ildən də çox qabağa çəkilərək iyunun 24-də keçiriləcək.

"Azadlıq Radiosu" xəbər verir ki, prezident Recep Tayyip Erdogan aprelin 18-də ölkəyə təcili olaraq prezident üsul-idarəsinə keçmək lazım olduğunu bildirib.

Türkiyədə parlament və prezident seçkiləri 2019-cu ilin noyabrına planlaşdırılırdı.

R.T.Erdogan bildirib ki, millətçi MHP partiyasının lideri Devlet Bahceli ilə danışandan sonra belə bir qərar verib. Bahceli aprelin 17-də erkən seçki ideyasını ortaya atmışdı.

Seçkidən sonra Türkiyə parlament sistemindən prezident üsul-idarəsinə keçəcək və prezidentin səlahiyyətləri genişləndiriləcək.

Konstitusiyaya dəyişikliklər 2017-ci il 16 aprel referendumunda təsdiqlənib.