23:19, 22 Noyabr 2017 (Çərşənbə) 32

Türkiyədə daha 216 nəfərin həbsinə göstəriş verilib

Türkiyədə daha 216 nəfərin həbsinə göstəriş verilib
Türkiyənin hakimiyyət orqanları ötənilki uğursuz çevriliş cəhdi ilə əlaqədə şübhəli bilinən daha 216 nəfərin saxlanması üçün sanksiya verib. Media xəbərlərinə görə onların arasında Maliyyə Nazirliyinin keçmiş əməkdaşları da var.

"Azadlıq Radiosu"nun xəbərinə görə, indiyədək Maliyyə Nazirliyinin 17 keçmiş işçisi saxlanıb və daha 65 nəfər Gülenin şəbəkəsi ilə əlaqədə şübhəli kimi axtarışa verilib.

Bundan başqa xəbər verilir ki, ölkənin 40 vilayətində "fərdi imamları” hədəfləyən əməliyyatlar həyata keçirilib. Onlar da ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin şəbəkəsi üçün üzv səfərbərliyi aparmaqda şübhəli bilinirlər.

Xatırladaq ki, sözü gedən çevriliş cəhdinin ardınca Türkiyədə 50 min nəfər həbs olunub və daha 150 min nəfər işindən kənarlaşdırılıb.