Siyasət

Türkiyədə Azərbaycan şirkətləri niyə azalır? - ŞƏRH

24 Aprel, 2017
1093
Bu ilin I rübündə Türkiyədə Azərbaycan kapitalının aktivliyi azalıb. 

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, deyilən dövrdə Türkiyədə təsis edilən Azərbaycan sərmayəli şirkətlərin sayı ötən ilin eyni dövrünə nisbətən 21 faiz, Azərbaycan investorlarının ilkin ödənişi 2,3 dəfə azalıb.

Belə ki, investorların  kapitalı 2,4 milyon türk lirəsidir. Vəsaitin 90 faizini azərbaycanlı səhmdarlar qoyub. Ötən ilin eyni dövrübdə yaradılan 47 şirkətin kapitalı 6 mln lirə olub. Bunun 5,1 mln lirəsi Azərbaycandan daxil olub.

Azərbaycan sərmayəli firmalar daha çox ticarət, tikinti və turizm sektorlarında fəaliyyət göstərirlər. Onların ən böyüyü SOCAR-dır.

İqtisadçı Natiq Cəfərli son dövrlərdə ölkədə iqtisadi aktivliyin azaldığını, devalvasiyaların sərmayələrin qoyuluşuna təsirsiz ötüşmədiyini bildirib:
Картинки по запросу Natiq Cəfərli
"Manatın güclü olduğu dövrdə vəsaitin bir hissəsi daha çox dollara dəyişdirilirdi. Hansı ki, o zaman dolların məzənnəsi 78 qəpik idi. Bu məzənnə xaricdəki investisiya qoyuluşuna müsbət təsir edirdi. Son illər bazarın doyumluluğunu müşahidə edirik. Əldə olan vəsait, əhalinin iqtisadi aktivliyi azaldıqca, sərmayələrin səviyyəsi də aşağı düşməyə başlayıb. Türkiyədə hələ də daşınmaz əmlak alışında Azərbaycan ilk beşlikdə yer alır. Son aylarda məhz investisiya məsələsində ölkədən həm pul çıxarılmasının inzibati qaydada tənzimlənməsi metoduna keçirlər. Pulun çıxarılması, köçürmələrin həyata keçirilməsi çox çətindir. Əsas problem isə ölkənin daxilində gəlirlərin azalmasıdır. Gəlirlər azaldıqca, bütün sahələrdə, o cümlədən, investisiyalarda da azalma müşahidə olunur”.

Deputat Vahid Əhmədov yerli sərmayədarların strateji yol xəritəsinə əsasən Azərbaycana yatırım etdiklərini diqqətə çatdırıb:
 Millət vəkili:
”Türkiyəyə sərmayə qoyan əsasən bizim yerli şirkətlərimiz idi. O şirkətlər artıq Azərbaycanda tikinti sektoruna strateji yol xəritəsində nəzərdə tutulmuş obyektlərin, sənaye məhəllələrinin tikintisinə vəsait qoyurlar. O ki qaldı xaricilərin Azərbaycana sərmayə qoymasına, ciddi bir problem yoxdur. Əksinə, manat müəyyən qədər möhkəmlənib, dollar azalıb. Bu da xarici investorların Azərbaycana sərmayə qoymasına imkan yaradır”.

Ötən il Türkiyəyə Asiya ölkələrindən ən çox Azərbaycan yatırım etmişdi. Rəsmi məlumata görə, Türkiyəyə yatırılan 2 milyard dolların 652 milyonu Azərbaycana məxsus olub. 

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo