19:14, 16 Fevral 2018 (Cümə) 205

Türkiyədə 6 jurnalistə ömürlük həbs verildi

Türkiyədə 6 jurnalistə ömürlük həbs verildi
Fevralın 16-da Istanbul məhkəməsi 6 jurnalisti ömürlük həbsə məhkum etdi.

"Azadlıq Radiosu"nun xəbərinə görə, onlar 2016-cı il 15 iyul qiyam cəhdində iştirakda, hazırda ABŞ-da yaşayan ilahiyatmı Fətullah Gülenlə əlbir olmaqda təqsirli biliniblər.

Türkiyə hakimiyyəti Fətullah Güleni bu qiyam cəhdinin əsas təşkilatçısı hesab edir.

"Taraf" qəzetinin keçmiş baş redaktoru Ahmet Altan, onun qardaşı jurnalist və akademik Mehmet Altan və tanınmış jurnalist Nazlı İliçak da onların arasındadırlar.

Altan qardaşlarına qarşı qiyam cəhdinə bir gün qalmış tok-şou televiziya proqramında kodlaşdırılmış məlumat verməklə bağlı ayrıca ittiham da irəli sürülmüşdü.

Çevriliş cəhdindən bu yana Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda şübhəli bilinən 110 min nəfər işdən qovulub, 50 mindən çox şəxs isə saxlanıb.

Həmin hadisələr zamanı 240 adam ölüb. Fətullah Gülen bütün ittihamları rədd edir.