21:38, 09 Fevral 2018 (Cümə) 29

Türkiyə YPG-nin hədəflərinə zərbələr endirib

Türkiyə YPG-nin hədəflərinə zərbələr endirib


/ DÜNYA
Türkiyə hərbi təyyarələri cümə günü Suriyanın Afrin regionunda kürd YPG qruplaşmasının hədəflərinə zərbələr endirib. 
"Amerikanın Səsi"nin xəbərinə görə, hücumlarda yeddi yaraqlının və iki dinc sakinin öldürüldüyü bildirilir.

Ötən həftə sonu Suriyada Rusiya hərbi təyyarəsi v urulandan Türkiyənin hava hücumlarında fasilə yaranmışdı. Ötən gecəki zərbələr sükutu pozub.

Hava zərbələri nəticəsində silah-sursat depoları, sığınacaqlar və silah mövqeləri daxil olmaqla, 19 hədəfin dağıdıldığı bildirilir. Ordu bəyanatda reydlərin nə vaxt keçirildiyini açıqlamayıb. Anadolu dövlət xəbər agentliyi reydlərin ötən gecə başlandığını xəbərləyib.

Böyük Britaniyada yerləşən, Suriyadakı müharibənin monitorinqini aparan Suriya İnsan Haqları Qrupunun məlumatına görə, hava zərbələrində yeddi YPG yaraqlısı və iki dinc sakin həlak olub.

"Hurriyet” qəzetinin məlimatına görə, Türkiyə hava zərbələrini Rusiyaya görə dayandırmışdı, çünki Rusiya havadan müdafiə sisteminin üzərində işləyirdi. Təyyarə fevralın 3-də İdlib vilayətində suriyalı üsyançılar tərəfindən vurulub.

Ankara yanvarın 20-də Afrinə hava və quru hücumuna başlayıb, bunu YPG qruplaşmasına hücum adlandırıb. Türkiyə YPG-ni terror qruplaşması və PKK-nın bir qanadı sayır. PKK otuz ildir Türkiyədə muxtariyyət mübarizəsi aparır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 8-də rusiyalı həmkarı Vladimir Putin-lə telefonla danışıb. Onlar Suriyada hərbi və təhlükəsizlik koordinasiyasını gücləndirməyə razılaşıblar.

Ankaranı qəzəbləndirən Birləşmiş Ştatların kürd qüvvələrə dəstəkləməsidir.