21:47, 19 Noyabr 2018 (Bazar ertəsi) 352

Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib

Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib


/ DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

"CNNTürk” xəbər verir ki, görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə baş tutub.

Liderlərin "Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafına və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur.

Prezidentlərin görüşü mətbuat üçün qapalı keçib və saat yarım davam edib. 

Noyabrın 19-da Vladimir Putin Türkiyəyə səfər edib.

Rəcəb Tayyib ƏrdoğanlaVladimir Putin "Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak ediblər.