21:19, 21 Sentyabr 2018 (Cümə) 308

Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb

Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb


/ DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfərinin tarixi açıqlanıb.
 
"RİA Novosti” xəbər verir ki, qardaş ölkənin dövlət başçısı sentyabrın 23-27-də BMT Baş Assambleyasının sessiyasında çıxış etmək, habelə miqrasiyaya dair yüksək səviyyəli iclasda iştirak etmək üçün Nyu-Yorka gedəcək.

R.T.Ərdoğan səfər çərçivəsində BMT baş katibi, bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar keçirməklə yanaşı, ABŞ-ın işgüzar dairələri, türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək. 

Onun ABŞ prezidenti Donald Trampla görüşünün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.