17:37, 17 Avqust 2018 (Cümə) 288

Türkiyə idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək

Türkiyə idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək


/ DÜNYA
Türkiyə hər il ölkəyə idxal olunan, təxminən, 30 mlrd. ABŞ dolları dəyərində malı yerli istehsal malları ilə əvəz etmək niyyətindədir.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib. 

Onun sözlərinə görə, bu məqsədlə inkişaf agentlikləri 1 500 layihənin həyata keçirilməsinə 83 mln. dollar, texnologiyaların inkişafına isə 17 mln. dollar ayıracaq.