20:05, 03 Oktyabr 2018 (Çərşənbə) 270

Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb

Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb


/ DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olan hərbçilərinin qalma müddəti daha bir il uzadılıb.

Türkiyə KİV-i xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.

2014-cü ildə ölkə parlamenti ordunun xarici ölkələrə göndərilməsinə və əcnəbi hərbçilərin Türkiyə ərazisində yerləşdirilməsinə imkan verən qərar qəbul etmişdi. Türkiyə ordusunun xaricə göndərilməsi birillik mandat əsasında həyata keçirilir.