16:48, 04 Yanvar 2017 (Çərşənbə) 155

"Türkiyə hakimiyyəti terror qarşısında boyun əyməyəcək" - Prezident

Türkiyə prezidenti Racep Tayyib Erdogan bildirib ki, İstanbuldakı terror aktı Türkiyə cəmiyyətinin parçalanmasına yönəlib.

O, yanvarın 4-də xalqa müraciətində, dövlətin ölkədə mövcud olan tamamilə iki müxtəlif həyat tərzini qorumağa hazır olduğunu bildirib. Erdogan qeyd edib ki, Türkiyə hakimiyyəti terror qarşısında boyun əyməyəcək.

Qeyd edək ki, ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bundan əvvəl, İstanbuldakı terror aktını tərədən şəxsin kimliyinin artıq müəyyən edildiyini bildirib. Amma onun adı hələlik açıqlanmır. Yeni il axşamı İstanbuldakı gecə klublarından birinə edilən silahlı basqın nəticəsində 39 nəfər ölüb, 69 nəfərsə yaralanıb.

Hücuma görə cavabdehliyi "İslam dövləti” qrupu üzərinə götürüb.