21:00, 18 İyun 2018 (Bazar ertəsi) 199

Türk hərbçilər Suriyanın Mənbic şəhərinə daxil olub

Türk hərbçilər Suriyanın Mənbic şəhərinə daxil olub
Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

APA-nın xəbərinə görə, bildirilir ki, türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olub. Eyni anda havada ABŞ helikopterləri uçmağa başlayıb. 

Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.