İqtisadiyyat

"Turizm Agentliyi statistikalarla bağlı bərbad iş aparır" – Ekspert

4 Mart, 2019
1451
Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayı azalıb

2018-ci ilin əvvəlində Azərbaycana 143 ölkənin vətəndaşı, daha dəqiq desək, 191,6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib. 

Turist axınında ən böyük artım may ayında Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə) vətəndaşları arasında müşahidə olunub.

Ancaq Körfəz ölkələrindən olan qonaqların sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə, 13,3 faiz və ya 28,5 min nəfər azalıb. 

Avropa ölkələrindən gələnlərin sayı 0,9 faiz artıb, MDB ölkələrindən axın isə 0,2 faiz çoxalıb.

"Turistlərin nə qədər pul xərclədiyi barədə məlumat yoxdur" 

Turizm üzrə ekspert Ülvi Həsənli ölkədə rəsmi məlumatların gec yayılmasını turist sayının azalmasının səbəbi kimi göstərib: "Turizm sahəsinə aid ən son rəsmi statistika keçən ilin noyabr ayına aiddir və şablon açıqlamalardan ibarət idi. Təəssüf ki, Azərbaycan Turizm Agentliyi statistikalarla bağlı çox bərbad iş aparır”.

Ekspert qonşu Gürcüstanda turizmin inkişaf səbəblərindən biri kimi, rəsmi statistikanın tez yayılmasını göstərir: "Əvvəlki illərdə bizdə vəziyyət daha biabırçı idi. İl bitdikdən 7, ya da 8 ay keçdikdən sonra statistika açıqlanırdı. İndi azda olsa, düzəlib. Ən son rəsmi açıqlama keçən ilin noyabrına aiddir. Yəni 5 aydır ki, yeni statistika yoxdur”.

Ülvi Həsənli bildirir ki, detallı məlumatların olmaması turizmlə məşğul olanların işinə əngəl yaradır: "Əlaqəli qurumlar detallı məlumat verməlidir ki, turizm şirkətləri və turizmlə məşğul olan iş adamları buna uyğun işlərini görsünlər. Belə qeyri-müəyyən faizlərlə ümumi açıqlamalar heç bir təəssürat yaratmır. Birinci növbədə turizm dövlət agentliyi bu məsələlərlə bağlı ortaya ciddi iş qoymalıdır. Ay bitdikdən sonra ən geci bir ay ərzində cəmiyyətə məlumat verməlidir. Hansı kateqoriyada tursitlərin gəldiyi və nə qədər gəlir gətirdikləri barədə dəqiq məlumat verilməlidir. Gəlirlə bağlı, ümumiyyətlə, vəziyyət bərbaddır. Turistlərin Azərbaycana gəlib nə qədər pul xərclədiyi ilə bağlı heç bir detallı məlumat yoxdur. Hansı ölkədən gələn vətəndaşın nə qədər pul xərclədiyi haqda məlumat heç yerdə yoxdur deyə əsaslı fikir yürüdə bilmirik”.

"Ərəb turistlər bir çox ölkə üçün dadlı tikədir"

Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov isə turizm siyasətində yanlış siyasətin yeridildiyini bildirib.

Statistik məlumatlara əsaslanan Nahid Bağırov deyir ki, Rusiya vətəndaşları Azərbaycana gələn turistlər arasında birinci yerdədir: "Ancaq bir məsələni anlamaq vacibdir ki, onların 95 faizi əslən azərbaycanlı olan Rusiya vətəndaşlarıdır. İldə bir neçə dəfə doğma vətənlərinə gəlirlər”.

"Onları əsl turistlər hesab etmək olmaz. Bizim ölkəyə real turist axını Körfəz ölkələrindən qaynaqlanıb. Biz turizm sahəsində aparılan yanlış siyasətə görə onları itirdik. Digər yandan, Gürcüstana turist axını isə əksinə, daha da artıb”, - deyə Bağırov bildirib.

Nahid Bağırov ölkənin ərəb turistlərini qoruyub saxlaya bilmədiyi üçün təəsüfləndiyini bildirib: "Ərəb turistlər bir çox ölkə üçün dadlı tikədir. 2016-cı ildən 2018-ci ilin əvvəlinə kimi ölkəmiz inanılmaz nəticələrə nail olub. Körfəz ölkələrindən Azərbaycana nəhəng turist axını müşahidə olunub. Ancaq təəssüflər olsun ki, onu qoruyub-saxlaya bilmədik. Halbuki məhz ərəb turistlər Azərbaycanda daha böyük pullar xərcləyirdi. Avropalılar və MDB ölkələrindən olan turistlər onlar qədər pul xərcləmir”.

Nahid Bağırov ənənəvi olaraq mart ayında ölkəyə gələn iranlı tursitlərində azalacağını qeyd edib: "Mart bayramları ilə əlaqədar İrandan ölkəyə çox sayda turistin gələcəyinə ümid edirdik. Ancaq dolların milli valyuta ilə müqayisədə, məzənnəsinin kəskin şəkildə artdığını nəzərə alsaq, İrandan böyük turist axını gözləməyin mənası yoxdur”.
 
Azərbaycana son 4 ildə gələn turistlərin əsas hissəsini Körfəz ölkələri və Rusiya Federasiyasından gələn turistlər təşkil edib.

Əminə Məmmədova
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo