13:53, 07 Aprel 2018 (Şənbə) 245

Turistlər niyə Azərbaycana gəlir? -VİDEO

 
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi statistikasına görə 2017-ci ildə ölkəyə gələn turistlərin sayı 20 faiz artaraq 2 691 998 nəfər təşkil edib.

Məlumata əsasən, onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri,  62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub. 

Məlumatda qeyd edilir ki, Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ-dən olan vətəndaşlar gəlmiş və onların sayı müvafiq olaraq 31,6%, 19,9%, 13,4%, 11,2% və 3,8% təşkil etmişdir.
 
Toplum Tv Bakıda turistlər arasında sorğu keçirərək onlardan niyə Azərbaycana gəldiklərini soruşub.


Gülnar İsmayıl
Səyyarə Məmmədova
 
Toplum Tv