20:42, 16 May 2018 (Çərşənbə) 179

Türkiyə və Rusiya rəhbərləri Fələstindəki hadisələri müzakirə ediblər

Türkiyə və Rusiya rəhbərləri Fələstindəki  hadisələri müzakirə ediblər
Mayın 16-ı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

Bildirilir ki, tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər. Həmçinin Suriyadakı vəziyyət və iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani və Roma Papası Fransisk ilə Fələstindəki vəziyyəti müzakirə edib.