20:59, 13 Mart 2018 (Çərşənbə axşamı) 226

Tramp Tillersonun istefa səbəbin açıqlayıb

Tramp Tillersonun istefa səbəbin açıqlayıb
"Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”.

Bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

"İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, - o vurğulayıb.

"Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.