Sosial

Törətdiyi qəzaya görə həbs olunan polisin cəzası yüngülləşdi

2 Fevral, 2018
544
Fevralın 2-də Ali Məhkəmədə Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl "Atletlər kəndi”ndə üç avstriyalı idmançını avtobusun vurması görüntülərini yaydığına görə dörd il azadlıqdan məhrum edilən Nizami rayon Polis İdarəsinin əməkdaşı, "Təhlükəsiz şəhər” Xidmətinin operatoru işləmiş Elçin Həsənovun kassasiya şikayətinə baxılıb.

Azadlıq radiosunun yaydığı məlumata əsasən, o, görüntülərin yayılmasında heç bir günahı olmadığını bildirərək, bəraət verilməsini istəyib. 

İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası ona bəraət verməsə də, cəzasını azaldıb – ona təyin edilmiş həbs müddəti dörd ildən 3 ilə endirilib.

Bu cinayət işində polislə yanaşı, qəzanı törətmiş sürücü Vəli Əhmədov və onun adının Avropa Oyunlarında xidmət edəcək sürücülər siyahısına salınmasına görə cəzalandırılan Nəqliyyat Nazirliyinin iki vəzifəlisi – nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və həmin qurumun Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da cinayət məsuliyyətinə cəlb olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücüyə 3, Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşlarına isə 4 il cəza verildi.

Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisədə çəkməli idilər.

Hadisə 2015-ci il iyunun 11-də baş verib. Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinovic, Luna Pajer və Verena Breit piyada yolu ilə gedərkən avtobus onları vurub.

Qəzada 16 yaşlı Vanessa Sahinoviç daha ciddi xəsarət alaraq, əlil olub. Onun aşağı ətrafları iflic olub, hərəkət qabiliyyətini itirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo