19:13, 20 İyul 2018 (Cümə) 366

Tramp və Putinin görüşündən sonra: tərcüməçinin dinlənilməsi və Putinin Vaşinqton səfəri

Tramp və Putinin görüşündən sonra: tərcüməçinin dinlənilməsi və Putinin Vaşinqton səfəri


/ DÜNYA
ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Helsinki görüşündən sonrakı qalmaqal səngimək bilmir. 

Görüşdən sonra Tramp açıqlama verib, ABŞ-ın Demokrat Partiyası isə təkliflə çıxış edib.
 
Donald Tramp şəxsi tvitter hesabında Putinlə növbəti görüşlərini səbirsizliklə gözlədiyini və bunun bütün problemlərin həlli olacağını deyib. Bu tvitdən bir müddət  sonra isə Ağ Evin mətbuat sözçüsü Sara Sanders iki liderin payızda Vaşınqtonda görüşü üçün danışıqların davam etdiyini bildirib.
 
Danışıqlar davam edərkən isə ABŞ demokratları Helsinkidə baş tutan görüşdə Putin və Trampın tərcüməçisi olmuş şəxsin dinlənməsi tələbi ilə çıxış ediblər. 

Demokratların Nyu-Hempşir senatoru Jeanne Shaheen də tvitterdə ABŞ Xarici İşlər Nazirliyinin tərcüməçisi Marina Qrossun Konqresdə olan dinlənilmələrdə ifadəsinin alınmasının vacib olduğunu vurğulayıb. Demokratlar bu tələbi  Trampın Putinə  nə vəd etdiyini anlamaq üçün vacib olması ilə  izah edirlər.
 
İzzətxanım Cabarlı
Toplum.tv