Siyasət

"Tramp Türkiyəni İrana qarşı olmağa çağırır"

21 Fevral, 2019
1319
Nazim Cəfərsoy: "Erməni soyqırımı məsələsi də  yaxın vaxtlarda gündəmə gələ bilər”
 
Donald Tramp ABŞ-ın Türkiyə səfiri kimi dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Devid Satterfildi tövsiyə edib.

Senat təsdiq etdiyi halda yeni səfir Ankaraya yola düşəcək.
 
Bəs ABŞ-ın Türkiyə siyasəti nədir, yeni səfirdən tələbləri və gözləntiləri nələr olacaq?
 
""Səfirdən əsas tələb bu olacaq ki, əlaqələri strateji səviyyəyə çatdırsın”
 
Toplum tv-nin suallarını cavablandıran politoloq Elxan Şahinoğlu deyir ki, səfirin qarşısına qoyulan əsəs tələb strateji əməkdaşlıq yaratmaqdır: "Amerika illərdir ki, Türkiyənin müttəfiqi olsa da, "Soyuq müharibə" bitdikdən sonra müəyyən çatlar əmələ gəlib. İndi Türkiyənin özəl maraqları var, bu maraqlar Amerikanın maraqları ilə uyuşmur. Son illər ərzində Türkiyə-Amerika münasibətlərində xeyli gərgin mövzular yaranıb. Buna baxmayaraq tərəfdaşlıq davam edir. Tramp istəyir ki, Türkiyəni özünə yaxın tutsun. Buna görə də səfirdən əsas tələb bu olacaq ki, əlaqələri strateji səviyyəyə çatdırsın. Amma reallıq da var ki, artıq Türkiyə regional oyunçu olduğuna görə regiondakı ölkələrlə bərabərhüquqlu tərəfdaşlığa çalışır".
 

Politoloq həm də səfirdən gözləntinin zəif olduğunu deyib: "İnanmıram ki, yeni təyin olunan səfir ciddi nəticələr əldə edə bilsin, amma səfirliyin boş qoyulması da düzgün deyil. Əsas məsələ senatın səfiri təsdiqləməsi olduğu üçün bu proses uzun çəkə bilər. Hətta senat səfiri təsdiq etməyə də bilər. Daha əvvəl Azərbaycanda da bənzər hadisə olmuş və bir il Amerika Azərbaycana səfir göndərməmişdi".
 
ABŞ qanunvericiliyinə görə, dövlət başçısının təklif etdiyi səfir namizədi senat tərəfindən təsdiq olunmazsa, prezident 1 il müddətinə həmin namizədi  səfir olaraq göndərə bilər. Bir ilin sonunda  senat yenidən prezidentin təklifini qəbul etməzsə, müvəqqəti səfir geri çağırılır.

"Amerika regiondakı Rusiya-Türkiyə və sonradan qoşulan İran əməkdaşlığından ciddi şəkildə narahatdır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə  ABŞ-ın Türkiyə ilə bağlı siyasətinin çoxşaxəli olduğuna diqqət çəkib: "Səfirliklər heç şübhəsiz iki ölkə siyasətinin bütün istiqamətlərini nəzərə alıb, onun üzərindən fəaliyyət yürütməyə çalışan qurumlardır. Təyin olunan səfirlər isə ölkələr arasındakı aktual məsələlərin mərkəzində dayanır.
 

Hazırda Türkiyə ilə Amerika münasibətlərində önəmli gündəm maddələri var. Məsələn, Suriyanın koordinasiya məsələsində tərəflər arasında ciddi fərdləşmə var. Bu fikir ayrılıqlarını aradan qaldırmaq əsəs məsələ olacaq. İkincisi, İran məsələsidir ki, bu da Trampın diqqətdə saxladığı məsələdir. Bildiyiniz kimi, Amerikada artıq seçki maratonu başlayıb və Tramp İrana qarşı sərt olmaqla, İsrail və digər İrana sərt baxanların dəstəyini almaq istəyir. Bunun üçün də, Trampın Türkiyəyə ehtiyacı var. Türkiyəni İrana qarşı olmağa çağırır. Bu da səfir üçün əhəmiyyətli məsələ olacaq. Digər bir mövzu isə Fətullah Gülən üzərindən bir problemin olmasıdır və bu məsələdə səfir Türkiyənin mövqelərini yumşaltmağa çalışa bilər.
Bundan başqa, erməni soyqırımı məsələsi də yaxın vaxtlarda gündəmə gələ bilər. Çünki Amerika soyqırım məsələsi ilə öz bazarlıq gücünü artırır və Türkiyəyə qarşı təzyiq edir. Həm də bütün Amerika prezidentləri kimi Tramp da erməni məsələsindən istifadə edərək seçiçi toplayır. Bu səbəblərə görə erməni mövzusu səfirin diqqət məsələsində olacaq”.

Politoloq bildirib ki, ABŞ Türkiyənin regiondakı müttəfiqləri ilə münasibətindən narahatdır: "Amerika regiondakı Rusiya-Türkiyə və sonradan qoşulan İran əməkdaşlığından ciddi şəkildə narahatdır. Bunun ən konkret nümunələrindən biri də S-400 raket sistemlərinin satınalma prosesi oldu ki, buna Amerika mənfi reaksiya vermişdi”.

Trampın səfir olaraq görmək istədiyi namizəd Satterfild ABŞ-ın Misir, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanı səfirliklərində çalışıb.
 
Əminə Məmmədova
ToplumTV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo