Dünya

Tramp rusiyalı diplomatları ölkədən çıxara bilər

26 Mart, 2018
936
Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq ABŞ prezidenti Donald Trump azı 20 rusiyalı diplomatı ölkədən çıxara bilər. Bu haqda beynəlxalq və ABŞ mediası yazıb.

CNN və "Reuters”in martın 25-də bildirməsinə görə, qərar martın 26-da verilə bilər. Bu, avropalı müttəfiqlərin atacağı addımlardan da asılıdır.

Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Onların sinir qazıyla zəhərləndiyi bildirilir və hazırda ağır vəziyyətdə xəstəxanadadırlar.

Britaniya rəsmiləri bu hücumun arxasında "böyük ehtimalla” Moskvanın durduğunu bildirib, Avropa Birliyi də bu mövqeyi bölüşüb.

London 23 rusiyalı diplomatı ölkədən qovub. Hücumda əli olmadığını deyən Moskva da Rusiyadan 23 britaniyalı diplomatı çıxarıb.

Avropa Birliyi mümkün addımların nəzərdən keçirildiyini, Avropa paytaxtlarından da rusiyalı diplomatların çıxarıla biləcəyini bildirib.

Ağ evin sözçüsü Raj Shah deyib ki, Vaşinqton öz variantlarını götür-qoy edir, amma detalları açıqlamayıb.

"Birləşmiş Ştatlar Rusiyanın bu azğın hərəkətini Birləşmiş Krallıqla birlikdə pisləyir. Prezident həmişə Rusiyanın düşmən hərəkətlərinə görə mühakimə edilməsindən ötrü variantları nəzərdən keçirir. Hazırda açıqlamamız yoxdur”, – o deyib.

Xəbər agentlikləri martın 20-də Dövlət Departamentindəki mənbələrə istinadla yazmışdılar ki, Trump-ın Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı bir sıra tədbirləri prezidentə təqdim edib. Məlumatlara görə, Moskva da, diplomatları çıxarılarsa, buna oxşar addımlar cavab verə bilər.

Trump Rusiya prezidenti Vladimir Putin-lə əlaqələri yaxşılaşdırmaq istədiyini bildirib. Bu səbəbdən ABŞ-ın atacağı istənilən addım bu mövqeyə zidd olacaq.

O, ötən həftə Putin-ə zəng edərək onu seçkidə təkrar qələbəsi münasibətiylə təbrik edib və zəhərlənmə məsələsinə toxunmayıb. Qərb tənqidçiləri Rusiyada 18 mart seçkisinin pozuntularla keçdiyini bildiriblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo