14:43, 03 Dekabr 2018 (Bazar ertəsi) 115

Tramp Pakistandan kömək istədi

Tramp Pakistandan kömək istədi


/ DÜNYA
ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xana məktub ünvanlayıb.

Məktubda D.Tramp Əfqanıstan münaqişəsinin həllində İslamabadın kömək etməsini xahiş edib.

ABŞ Prezidenti bildirib ki, Pakistan "Taliban” radikal hərəkatının rəhbərliyini sülh danışıqlarına qoşulmağa razı sala bilər.

Öz növbəsində İ.Xan bildirib ki, onun ölkəsi Əfqanıstanda sülhün bərqərar olması üçün əlindən gələni edəcək.