10:47, 18 Aprel 2018 (Çərşənbə) 286

Tramp: “Ona casus deyirlər, mən ondan çox casusam”

Tramp: “Ona casus deyirlər, mən ondan çox casusam”


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp bu gün tvitterdə Türkiyədə mühakimə olunan amerikalı keşiş Andrey Craig Brunsondan yazıb.

Tramp keşişin tezliklə bəraət alacağına ümid edir: "Amerikada yaxşı insan və alicənab xristian lideri olan keşiş Brunson səbəbsiz olaraq Türkiyədə mühakimə edilir və haqsızlığa uğrayır. Ona casus deyirlər, mən ondan da çox casusam. Ümid edirəm ki, evinə və ailəsinə dönməyinə icazə veriləcək”. 

Aprelin 16-da keçirilən növbəti məhkəmə prosesində Brunsonun İzmirdəki həbsxanaların birində qalmasına qərar verilib.

Brunson 20 il həyat yoldaşı Norin Brunsonla birlikdə Türkiyədə yaşayıb. 

2016-ci ildə "FETO" və PKK ilə əlaqədə ittiham olunaraq həyat yoldaşı ilə birgə həbs olunub. 

Sonradan yoldaşı sərbəst buraxılıb və rahib 2016-cı ilin sentyabrında İzmir Köç İdarəsinə təhvil verilib və yaşamaq icazələri dondurulub. 

Ölkədən deportasiyası gözlənilsə də, "FETÖ" araşdırması zamanı həbsinə qərar verilib. 

İttihama görə, rahib FETÖ imamları ilə tez-tez görüşüb və onlara bəzi təlimatlar verib. 

Ona görə də 1,5 il davam edən araşdırmadan sonra barəsində ittiham aktı hazırlanan rahibə ömürlük həbs istənilir. 

2018-ci ilin yanvarında Donald Tramp Türkiyə prezident Ərdoğanla görüşündə rahibin sərbəst buraxılmasını istəmişdi. 

Əminə Məmmədova
Toplum.Tv