11:28, 12 İyun 2018 (Çərşənbə axşamı) 28

Tramp Kim Çen İn-lə görüşüb

Tramp Kim Çen İn-lə  görüşüb


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp deyir ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi "çox tezliklə başlayacaq”.

İyunun 12-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb.

Tramp həmin sənədi "çox vacib” və "hərtərəfli” adlandırıb, amma ayrıntılara varmayıb. Onun sözlərinə görə, "hər iki tərəf nəticədən razı qalacaq”. Sənəd az sonra jurnalistlərə açıqlanmalıdır.

Ötən il tərəflər arasında gərginlik artıb. Pxenyan dalbadal ballistik raket sınağı keçirəndən sonra Kim-lə Trump qarşılıqlı sərt ifadələr səsləndirmişdilər.

Sammitdən sonra Tramp-dan soruşublar ki, Şimali Koreya liderini Ağ evə dəvət edərmi. "Əlbəttə, edərəm”, – Tramp deyib.

Bir neçə saatlıq danışıqlardan sonra Tramp deyib ki, Kim-lə bir razılaşma imzalayacaq.

"Həqiqətən də müsbət xeyli irəliləyiş var. Məncə, çoxunun gözlədiyindən də yaxşı oldu. Çox yaxşıdır. İndi imzalamağa gedirik”, – deyən Tramp detalları açıqlamayıb.