21:18, 07 Noyabr 2018 (Çərşənbə) 145

Tramp demokratlara ultimatum verib

Tramp demokratlara ultimatum verib


/ DÜNYA

ABŞ Prezidenti Donald Tramp demokratların respublikaçılara qarşı Nümayəndələr Palatasında araşdırma aparmaq təkilifinə münasibət bildirib.

O, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Demokratlar vətəndaşların ödədiyi vergiləri israf edib bizə qarşı Nümayəndələr Palatasında araşdırmalar aparacaqlarını güman edirlərsə, onda biz də onlar barəsində məxfi məlumatların sızdırılması və bir çox başqa məsələlərlə bağlı Senatda araşdırmalara başlamaq barədə düşünməli olacağıq. Görək kim qazanacaq!”, - D.Tramp qeyd edib.

Ötən gün ABŞ-da keçirilən aralıq seçkilər zamanı Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasındakı 435 konqresmenin hamısı, 39 ştat və ərazi valisi, ştat qanunverici məclislərinin 6073 üzvü, məktəb dairələrinin hakimləri və şura üzvləri seçilib. KİV-dəki proqnozlara görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında üstün olacaq, Respublikaçılar Partiyası isə Senatdakı üstünlüyünü daha da artıracaq.