01:57, 09 Aprel 2018 (Bazar ertəsi) 426

Tramp: "Dəməşq etdiklərinin bədəlini ağır ödəyəcək"

Tramp:


/ DÜNYA
"Rəsmi Dəməşq bu etdiklərinin bədəlini ağır ödəyəcək".

Bunu ABŞ prezidenti Donald Tramp Suriya haqqında açıqlamasında deyib. 

Bu barədə "The Guardian" xəbər yayıb. 

O, Suriya ordusunun Şərqi Qutaya hücumlarını kəskin şəkildə qınayıb. 

Tramp həm də Rusya və İranın bu hücumlara məsuliyyət daşıdığını dilə gətirib.

Bir neçə gün əvvəl ABŞ hərbi birləşmələrinin Suriya ərazisini tamamilə tərk edəcəyini deyən Trampın son açıqlamaları isə müzakirələrə səbəb olub.  

Bəzi analitiklər ABŞ-ın Rusiya, İran və Türkiyə arasında olan razılıqdan narazı olduğunu və bundan sonra Suriya munaqişəsinin tərəfləri arasında qarşıdurmanın daha da kəskinləşəcəyini gözləyirlər.

Hacıbaba Mustafayev
Toplum.Tv