10:19, 11 İyun 2018 (Bazar ertəsi) 85

Tovuzda leysanın fəsadları

Tovuzda leysanın  fəsadları
İyunun 10-da səhər saatlarında Tovuz rayonunda leysan yağışının fəsadlar törətdiyi bildirilir.

Rayon sakinlərindən Nəsimi Tovuzlu AzadliqRadiosu-na deyib ki, bir çox yerlərdə elektrik enerjisi kəsilib:

"Hadisə zamanı Dəmiryolu vağzalı yaxınlığındakı yeraltı keçiddə bir nəfər maşının içində qalmışdı, onu xilas edə biliblər”.

O, onlarla yaşayış yeri və ticarət obyektlərinin zirzəmisinə su dolduğunu vurğulayıb.

Leysanın rayonda bir sıra təsərrüfatlara da ziyan vurduğu bildirilir. Rayon sakinlərinin deməsinə görə, hazırda selin doğurduğu problemlər aradan qalıdırlır .

Baş verənlərlə bağlı, hələlik, rəsmilərin mövqeyini öyrənmək mümkün olmayıb.