19:34, 14 Fevral 2018 (Çərşənbə) 182

Tofiq Yaqublu başqan müavini vəzifəsindən azad edilib

Tofiq Yaqublu başqan müavini vəzifəsindən azad edilib
Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. 

T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır: 

"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.  

T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.