17:10, 13 Mart 2018 (Çərşənbə axşamı) 243

Tillerson vəzifəsindən uzaqlaşdırılıb

Tillerson vəzifəsindən uzaqlaşdırılıb


/ DÜNYA
ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilir.

Bu barədə martın 13-də prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D. Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib.