14:15, 14 Fevral 2018 (Çərşənbə) 54

Tikintidə işləyənlərin maaşı azalıb

Tikintidə işləyənlərin maaşı azalıb
2017-ci ildə tikinti sahəsində 102.7 min nəfər muzdla çalışıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

Məlumata görə, işçilərin 27.4 faizi dövlət, 72.6 faizi isə qeyri-dövlət tikinti müəssisələrində fəaliyyət göstəriblər.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqlarının əvvəlki ilə nisbətən 4.1 faiz azaldığı bildirilir.

DSK-nın bildirməsinə görə, orta aylıq maaş 780.7 manat olub.