Sosial

Tibbi sığorta qanunu yeniləndi

1 Fevral, 2019
849
Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. 

2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeniliyə görə, tibbi xidmət və dərman yardımı alınmasına təminat verən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta onun öz maliyyə mənbələri hesabına tibbi yardımı, könüllü tibbi sığorta əlavə tibbi xidmət və dərman yardımı alınmasını təmin edir.

Ötən il dekabrın 20-də dövlət başçısı icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. 

Sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan bir çox tibb müəssisəsi 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə veriləcək.

TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi baza hissəsi və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənəcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürənin hesabladığı əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunanın – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

Novator.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo