İqtisadiyyat

Ötən il qeyri-neft ixracı azalıb

10 Fevral, 2017
817
Hökumət ötən il qeyri-neft ixracını nəinki artıra bilib, əksinə, azalıb. Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ildə 1 milyard 237.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16.4 faiz azdır.
 
Dərd orasıdır ki, hökumət manatın sabitliyini qeyri-neft ixracatında görür. Prezident İlham Əliyev bu günlərdə "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə danışıb. O bildirib ki, görülən işlər "ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq" məqsədlərini güdür.
"
NEFTDƏN ASILILIQ AZALACAQ"
 
Prezident hesab edir ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilər: "Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək".
 
Prezidentin söylədiklərindən belə anlaşılır ki, Azərbaycanın valyuta gəliri neftdənkənar ixracatdan təmin ediləcək. Bütün problem ondadır ki, hökumət bu istəyini reallaşdıra bilmir. Axı devalvasiya iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını gücləndirməliydi, amma bu məqsədə çatmaq mümkün olmayıb.
 
Ekspertlərin fikrincə, 3 il öncə qeyri-neft məhsulları ixracatındakı artımlar da neftdənkənar sahələrin istehsal güclərinin artmasından və ixracat potensialının genişlənməsindən qaynaqlanmayıb. Axı o zaman, kimya sənayesi başda olmaqla, bəzi sahələri "neft sektoru" bölməsindən "qeyri-neft sektoru"bölməsinə atmaqla, avtomatik şəkildə qeyri-neft ixracatının payını çox göstəriblər.


mənbə: azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo