11:07, 03 Fevral 2018 (Şənbə) 23

Ötən il 700-dən çox bank işçisi sektoru tərk edib

Ötən il 700-dən çox bank işçisi sektoru tərk edib
2018-ci il yanvarın 1-nə Azərbaycanın bank sektorunun işçilərinin sayı 16171 nəfər təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, ötən ilin dekabrında bank sektorunda çalışanların sayı 458 nəfər azalıb. Belə ki, dekabr ayının əvvəlinə olan statistikayaəsasən, bank sektorunda çalışanların sayı 16269 nəfər olub.

Ötən il yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16947 nəfər olub.