12:29, 09 Yanvar 2017 (Bazar ertəsi) 212

Ötən ay BTC vasitəsi ilə nəql olunmuş neftin həcmi açıqlanıb

Ötən ay BTC vasitəsi ilə nəql olunmuş neftin həcmi açıqlanıb
2016-cı ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 386 450 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-a istinadən məlumat verir ki, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 862 673 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvarın 1-dək BTC-yə 321 538 062 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 271 ton Türkmənistan nefti nəql olunub.