13:17, 12 Fevral 2018 (Bazar ertəsi) 194

Temperatur 4 dərəcə enəcək

Temperatur 4 dərəcə enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Departamentdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə  2-4 dərəcə enəcək. 

Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq, fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə  3-5 dərəcə enəcək.