İqtisadiyyat

Tələbələrin xəbərsiz olduğu fond

20 Aprel, 2017
1693
Azərbaycanda Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilən "Maarifçi Tələbə Kredit” Fondu fəaliyyət göstərir. 

Bu fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kredit verməklə, onlara ali təhsil almaqda bərabər imkanlar yaratmaqdır. Amma bir çox tələbə fondun varlığından xəbərsizdir. 

Məsələn, Qərb Universitetinin 3-cü kurs tələbəsi Gülzar Məmmədli Toplum.Tv-yə açıqlamasında deyir ki, fond haqqında məlumatsızdır. 

Tələbə indiyə qədər illik təhsil haqqının ödənişində çətinlik çəkdiyini deyir: "Ödəniş imtahanlar ərəfəsinə düşdüyü üçün hər il imtahan stressi ilə birlikdə maddi sıxıntılar da yaşayıram. Azərbaycanda tələbəyə illik ödəniş üçün kredit verildiyini isə indi eşidirəm”. 

G.Məmmədlinin sözlərinə görə, 2015-2016 tədris ilinin 1-ci semestrinin sonunda illik ödənişini gecikdirməsini əsas götürən universitet rəhbərliyi onun adını siyahıdan silib. Ailəsi 3400 manatı çətinliklə ödədikdən sonra adı bərpa olunub. 

Tələbə həmin vaxt universitet rəhbərliyinə ailəsinin ödənişdə çətinlik çəkdiyini desə də, rəhbərlik ona çıxış yolunu göstərməkdən imtina edib. 

Gülzar hazırda illik ödənişini il ərzində  4 dəfə olmaqla ödəyir və bununla belə ailənin maddi sıxıntıları qalmaqdadır. 

O hesab edir ki, fondun nümayəndələri tələbələrin məlumatlandırılması ilə bağlı tədbirlər təşkil etməlidir.

"Maarifçi Tələbə Kredit” Fondundan isə Toplum.Tv-nin sorğusuna cavab olaraq bildirilib ki, indiyə qədər fonda təhsil krediti ilə bağlı 212 müraciət daxil olub: "Fond fəaliyyətə başlayandan bəri 3 elan sessiyası (03-25 iyun 2016 , 01-31 oktyabr 2016 və 01 fevral-15 mart 2017) keçirib. Elan sessiyaları ərzində Fonda 212 elektron müraciət daxil olub. Universitetlər tərəfindən təqdim olunan yerlərin sayına əsasən, seçim meyarlarına uyğun olan tələbələrlə ümumilikdə 137 təhsil krediti müqaviləsi imzalanıb".
Похожее изображение
Kreditlərin ödənilməsində problemlərin olub-olmamasına gəlincə, fonddan hələ ki ciddi problemlə üzləşmədiklərini deyiblər: "Təhsil krediti təqdim olunmuş tələbələrin məzun olduqdan sonra kreditin növündən asılı olaraq, 12 və 24 ay güzəşt müddəti olduğundan hazırda qaytarma müddətində olan tələbə yoxdur. Bundan əlavə, Fondun Himayəçilər Şurası tərəfindən təsdiq olunmuş seçim meyarları mövcuddur. Həmin seçim meyarlarına cavab verən tələbələrə təhsil kreditləri təqdim olunur".
 
"Hazırda təhsil alan tələbəyə illik təhsil haqqını ödəyə bilmədiyinə görə kredit verilə bilərmi?" sualına isə Fonddan belə cavab verilib: "Tələbələr yalnız açıq elan sessiyası olduğu təqdirdə Fonda elektron müraciət edə bilirlər. Bu tədris ili üzrə, yəni 2016-2017-ci tədris ilinin hər iki semestrı üzrə elan sessiyası keçirilib. Növbəti elan sessiyasının 2017-2018-ci tədris ili üzrə açılması nəzərdə tutulub və bu haqda ətraflı məlumat veb-saytın müvafiq bölməsində yerləşdiriləcək".

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov fondun yaradılmasının yetərincə ictimailəşməməsinə diqqət çəkib:
 Картинки по запросу Nadir İsrafilov
"Belə bir fondun yaradılması haqqında məlumat yayıldı. Amma təəssüf ki, sonradan bu barədə məlumatlar kəsildi. Belə ki, bu işin kimə həvalə edilməsi, hansı şərtlərlə kredit verdikləri bəlli olmadı. Ümumiyyətlə, belə bir fondun yaradılması lazımdır, lakin gərək belə bir qurumun işlək mexanizmi və şəffaflığı olsun. Tələbə kreditləri məsələsi Azərbaycan baloniya sisteminə qoşulandan sonra gündəmə gəlib. Dünyada tələbə kreditinin verilmə kriteriyaları, ödəniş şərtləri barədə təcrübələr genişdir. Azərbaycanda isə bu proses yenidir və tətbiqində problemlər yaranacağını güman edirəm. Xüsusilə kreditin 4-5 faizlə verilməsi yəqin ki, bankları təmin etmir. Ən əsası isə bizim bankların inamı yoxdur ki, kredit verilən tələbə işlə təmin ediləcək. Hesab edirəm ki, kreditin verilməsi ilə yanaşı, tələbələrin daha sonra işlə təmin olunması da əsas problemlərdən biridir və həlli vacibdir”.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilən "Maarifçi Tələbə Kredit” Fondu  2015-ci ildə yaradılıb. 

Qurum həmin il oktyabrın 14-də Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb.

Ofelya Ramilqızı 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo