Siyasət

"Təklif etdim ki, Azərbaycan tamhüquqlu iştirakçı ölkə olsun" - Gənc səfirdən açıqlama

15 Mart, 2018
868
Martın 12-də Brüsseldə "Şərq Tərəfdaşlığının yeni arxitekturası” tədbirinin rəsmi açılış mərasimi baş tutub. 

200-ə yaxın nümayəndənin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində qəbul edilən 20 məqsədin təqdim olunması və bununla bağlı müzakirələrin aparılması olub. 

Tədbirdə Avropa İttifaqı və onun üzv dövlətlərinin, həmçinin Azərbaycanın da üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrinin rəsmiləri iştirak edib. 

Şərq Tərəfdaşlığı nədir?

Şərq Tərəfdaşlığını sadə dildə izah etsək, 2009-cu ildə Avropa İttifaqı və onun üzv dövlətləri ilə 6 qonşu ölkə (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna) arasında əlaqələrin dərinləşməsi və genişlənməsi məqsədi ilə yaradılmış təşəbbüsdür. 

Bu günə qədər Avropa İttifaqı ilə qeyd olunan ölkələr, o cümlədən Azərbaycan arasında siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələri qurulub. Ancaq 2017-ci ilin noyabrında keçirilən Şərq Tərəfdaşlığı Sammitində birgə bəyanatla qəbul olunmuş yeni struktur əvvəlkindən fərqli olaraq daha çox nəticəyə yönəlik və sistemli şəkildə dizayn olunub. Belə ki, 2020-ci ilə kimi Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında 4 prioritet sahə üzrə 20 məqsədə çatmaq planı qəbul olunub. 

Həmin sahələr bunlardır:

- Güclü iqtisadiyyat: iqtisadi inkişaf və daha yaxşı və azad bazar imkanları,
- Güclü idarəçilik: dövlət və ictimai institutların gücləndirilməsi və təkminləşmiş idarəçilik,
- Güclü əlaqə: nəqliyyatın inkişafı, enerji effektivliyi, ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə diqqət,
- Güclü cəmiyyət: mobillik, cəmiyyət və institutların arasında sıx əlaqələrin yaradılması.

4 prioritet sahəni əhatə edən 20 məqsəd arasında 18-ci məqsəd gənclərin bacarıqlarının, sahibkarlıq və iş qabiliyyətinin artırılması ilə bağlıdır. Bu istiqamətdə Şərq Tərəfdaşlığı ölkələrindən 350 gəncə "Erasmus Mundus” Magistr dərəcəsi almaq üçün təqaüd veriləcək. 

Tədbirdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "EU Neighbours East” layihəsinin bir hissəsi olan "Gənc Avropa Səfirləri” təşəbbüsünün dəvəti ilə iştirak edən İlhamə Qasımzadə Toplum TV-yə bildirib ki, 2016-ci ildən bu şəbəkənin üzvüdür. 

2017-ci ilin sonlarından o, "Gənc Avropa Səfirləri” şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru vəzifəsini daşıyır. Onun sözlərinə görə, "Gənc Avropa Səfirləri” təşəbbüsünün əsas məqsədi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclər arasında əlaqənin, əməkdaşlığın yaradılmasıdır. Sözügedən tədbirdə Şərq tərəfdaşlığı ölkələrindən 6 "Gənc Avropa Səfiri” iştirak edib. 

İlhamə Qasımzadənin dediyinə görə, tədbir Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yüksək təmsilçisi Federika Mogherininin video mesajı ilə başlayıb. Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Johannes Hahn çıxış edərək Şərq Tərəfdaşlığının yeni strukturundan danışıb.
 
Daha sonra Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin müavinləri çıxış edərək ölkələri ilə Avropa İttifaqı arasındakı əməkdaşlığından danışdılar. "Gənc Avropa Səfirlərinə” də çıxış imkanı verilib. 

"Azərbaycan AB-nin "tərəfdaş” ölkəsi kimi yox, proqramların əsas "benefisiarı” kimi qeyd olunmalıdır” 

Tədbirdən sonra Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maragos ilə görüb keçirilib. 

İlhamə Qasımzadə görüş haqda Toplum TV-yə bunları deyib:

"Azərbaycan adından çıxışım zamanı proqram barədə fikirlərimi söylədim, Azərbaycanda gənclərin Avropa İttifaqı haqqında məlumatlılığından danışdım. Daha sonra konkret təklif kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdə Azərbaycanın "tərəfdaş” ölkə kimi yox, proqramların əsas "benefisiarı” kimi qeyd olunmasını təklif etdim. Belə ki, gənclərin yaxşı tanıdığı "Erasmus+” proqramında Azərbaycan tərəfi iştirak etsə də, digər Avropa İttifaqı ölkələri kimi onun bütün resurslarından istifadə edə bilmir. Təklifimdə məhz Azərbaycanın tamhüquqlu iştirakçı ölkə olmasını nəzərdə tutmuşdum. Sevindirici haldır ki, o, bizim qeyd etdiyimiz təklifləri öz gündəliyinə qeyd etdi”.

Tədbirdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edib. 

"Gənc Avropa Səfirləri”nin Azərbaycandakı fəaliyyəti...

Hazırda Azərbaycanda 32 gənc, ümumilikdə isə 200-dən çox gənc bu şəbəkənin üzvüdür. 

Şəbəkənin Azərbaycan üzrə koordinatoru İlhamə Qasımzadənin sözlərinə görə, 2 il ərzində bu istiqamətdə bir çox fəaliyyətləri olub. 2016 və 2017-ci illərdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Avropa Məktəbi (EuroSchool) həyata keçirilib. Keçən il isə Bakının bir sıra məktəblərində Avropa İttifaqı, onun yeniyetmə və gənclər üçün yaratdığı imkanlar barədə gəncləri məlumatlandırmaq üçün təlimlər baş tutub. 

Bundan başqa, şəbəkənin üzvləri tərəfindən müxtəlif kiçikmiqyaslı tədbirlər, həmçinin onlayn kampaniyalar keçirilməkdədir: "Bu tədbirlərə gender bərabərliyi mövzusunda təlim kursu, Avropaya səyahət və Avropada təhsil mövzularında seminarları misal göstərə bilərik. Həmçinin şəbəkə üzvləri tərəfindən "Facebook” sosial şəbəkəsində gəncləri məlumatlandırmaq məqsədi ilə yaradılmış qrupda mütəmadi olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr paylaşılır”. 

Bəhruz Səmədov
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo