Siyasət

"Təklif edərdim ki, fəxri adlar ləğv edilsin" - Cavanşir Quliyev

7 Mart, 2019
1080
Martın 1-də prezident İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirib.

Görüşdə bir çox mədəniyyət və incəsənət xadimi iştirak edib.

Görüşdə iştirak edənlərin bəziləri problemlərlə bağlı  fikirlər səsləndiriblər. 

İlham Əliyev problemlərin həlli ilə bağlı müəyyən tapşırıqlar verib. Keçirilən görüşdə bəzi mədəniyyət və incəsənət xadimləri iştirak etməyib.

Azərbaycandan kənarda yaşayan bəstəkar, xalq artisti Cavanşir Quliyev keçirilən görüşlə bağlı öz fikirlərini Toplum.Tv ilə paylaşıb.

- Cavanşir bəy,  İlham Əliyev və Mehriban Əliyevanın incəsənət və mədəniyyət xadimləri ilə keçirilən görüşünü necə dəyərləndirirsiniz?

- Məyusedicidir. Bu cür yığıncaqlarda ölkənin birinci  adamı ilə görüşürlər. Orda sənətkarların yox, sənətin dərdi-səri müzakirə olunmalı və müəyyən qərarlar qəbul edilməli idi, ”yol xəritəsi” çizilməli idi. Amma yenə də təəssüf ki, maaşlar, fəxri adlar, evlər, yəni maddiyyat danışıldı. Zatən orda oturan sənətkarların əksəriyyəti belə şeylərin tələbi ilə yüksək kabinetlərdən çıxmır . Məgər mədəniyyətin təkcə ev və fəxri adlar problemi qalıb?

Hakimiyyət orden-medallar və fəxri adlar paylamaqdan yoruldu, bunlar istəməkdən yorulmadılar. Əvəzində yüksək keyfiyyətli əsərlər yaranmalı idi, fəqət onlar da demək olar ki, yaranmır. Hakimiyyət üçün əsas problem bu olmalıdır.            
 
Əslində, bəzi təkliflər aktual idi, amma bu təkliflərin bu cür toplantıda səsləndirilməsi təəccüb doğurdu. Çünki bunlar dövlət idarələrinin adi gündəlik işi nəticəsində həll olunmalı işlərdi, buralara gəlməməli idilər. Məsələn, sənətkarların  yaradıcılıq evi, heykəllər, kinostudiyanın büdcəsi, bədii əsərlərin dövlət tərəfindən pulla alınması və.s. Deməli, dövlət mexanizmi də yaxşı işləmir.

- Sizcə, bu görüşün keçirilməsində əsas məqsəd nə idi?

- Məncə, əsas məqsəd siyasi idi. Son mitinqdən sonra hakimiyyət təmsilçiləri təşvişə düşərək qayğıkeş və ədalətli hakimiyyət olduqlarını  cəmiyyətə nümayiş etdirmək məqsədilə bu cür görüşlər keçirir və güman edirəm ki, keçirməyə də davam edəcək. Cəmiyyətə verdikləri mesaj isə budur: "Görürsünüz, biz toplumun hər kəsiminin problemlərini həll edirik, inanmayın bədxahlara”. 

Evləri, fəxri adları, orden-medalları sənətkarların layiq olub-olmadıqlarına baxmayaraq, təki hakimiyyətə loyal olsunlar deyə paylamağa davam edəcəklər ki, cavab olaraq sənətkarların dəstəyini alsınlar. Toplantıdan da göründü ki, o dəstəyi alacaqlar. Amma mədəniyyət və incəsənət kənardan boynu bükük şəkildə bu "tamaşanı” seyr edəcək. Fikir verdinizsə, bütün təkliflərin sonucu təklif edənlərin maddi rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdi, sənətin keyfiyyətinin  yüksəlməsinə yox.

- Siz orada olsaydınız, hansı problemlərdən danışardınız?

- İlk öncə ictimai problemləri ordakıların nəzərinə çatdırardım. Ölkədə Konstitusiya pozulur, vətəndaşların sərbəst toplaşma hüququ qondarma səbəblər əsasında müntəzəm olaraq məhdudlaşdırılır. Həbsxanalarda 200-ə yaxın (Son siyahıya görə 127- red.)  siyasi məhbus var, onlar məhz hakimiyyəti tənqid etdikləri üçün yenə də qondarma ittihamlar əsasında içəridədirlər. Mehman Hüseynovun misalı sübut etdi ki, bütün ittihamlar əslində sünidir. Onlar məhz siyasi məhbuslardır. Rayonlarda məmur özbaşınalığını və bir sıra digər ictimaiyyəti narahat edən məsələləri möhtərəm toplantı iştirakçılarının nəzərinə çatdırardım. 

İkincisi, mədəniyyət və incəsənət sahəsində köklü reformlara ehtiyac var. Sovet dönəmindən qalma sənət təbliğatı prinsipləri və formaları artıq köhnəlib, zamanın tələblərinə uyğun deyil. Milli incəsənətimizin yeni görünüşü və yeni təbliğat formalarının əsasları müzakirə olunmalı idi. Toplantıda ilk qərarlar və tövsiyələr qəbul olunmalı, dövlət idarələrinə müəyyən tapşırıqlar verilməli idi. Yeni yaranan sənət əsərlərinin əksəriyyəti zamanın keyfiyyət tələblərinə uyğun deyil, onların bədii dəyərlərinin yüksəldilməsi məsələsi müzakirə olunmalı idi. Mən gözləyirdim ki, ölkə başçısı bu fikri səsləndirsin: "Xanımlar və cənablar, il ərzində siz məndən nə istəmisizsə, verdim. Fəxri adlar, orden-medallar, evlər, bağlar, vəzifələr –hamısını verdim. Bəs siz niyə xalqın sevgisini qazanan, həqiqətən, yüksək keyfiyyətli əsərlər yaratmırsınız?” Soruşmadı...

Ayrıca, ölkədəki telekanalların bədii sənət siyasəti kəskin şəkildə tənqid olunmalı idi, rəhbərləri  toplantıya dəvət olunmalı, onlara bəzi suallar verilməli, iradlar üzlərinə söylənilməli idi və onları dinləyərək  bütün yanlışları düzəltmələri istənilməli idi. Məsələn telekanallarda bədii təbliğatın  nümunələrini hansı meyarlarla dəyərləndirilməsi və hansı şərtlərlə efirə verilməsi "qara siyahıların” rüşvətin, yerlibazlığın, dostbazlığln mövcud olub-olmaması, ictimai-siyasi proqramlara müxalifət nümayəndələrinin niyə dəvət olunmaması soruşulmalı idi. Nəhayət, orada olsaydım, bir-iki konkret təklif də edərdim. Təklif edərdim ki, fəxri adlar ləğv edilsin, çünki onlar sovet rejminin qalıqlarıdır və ən əsası bədii sənətin inkişafına artıq xidmət etmirlər. Təklif edərdim ki, prezident təqaüdü adlanan  maddi yardım qanuniləşdirilsin ki, bir-iki adamın necə deyərlər "iki dodağının arasından” çıxan sözlərdən asılı olmasın. Adi təqaüd kimi hər bir insan müəyyən  şərtləri yerinə yetirdikdən sonra avtomatik olaraq bu yardımı alsın. İndiki vəziyyət belədir: ölkə başçısının imzasına məmur ya da məmurlar kimi istəsələr, onu da təqdim edirlər, heç bir meyar filan yoxdur.  Əslində, prezident təqaüdlərinin mövcudluğu  dövlətin və hakimiyyətin vətəndaş qarşısında əsas borclarından biri olan "zəhmətə qarşı ödəmə "prinsipini tam ödəmədiyinin isbatıdır.

- İndiyədək belə görüşlərdə iştirak etmisinizmi?

- Öncəki prezidentin dönəmində bir-iki dəfə olmuşam.

- Deməli, sizi bu görüşə dəvət etməyiblər...

- Təbii ki, yox. Bu cür iradları kim dinləmək istəyər ki?

- Sizcə, bu görüşün bir nəticəsi olacaqmı?

Əlbəttə, iştirakçılar istədiklərinin  əksəriyyətini alacaqlar. Amma incəsənət kənardan boylanacaq.

- Dediklərinizdən belə çıxır ki,  görüşdə mədəniyyətin, incəsənətin problemləri yetərincə səsləndirilməyib. 

- Təəssüf ki, nə mədəniyyətin, nə də incəsənətin problemləri səsləndirildi. Sənətkarların, əsasən, şəxsi istəkləri dilə gətirildi.

Lalə Tağızadə
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo