Sosial

“Təhsildə keyfiyyət ili” nə qazandırıb?

11 Fevral, 2019
1360
2017-2018-ci dərs ili ölkənin dövlət ümumtəhsil müəssisələrində "Təhsildə keyfiyyət ili” adlandırılırdı. 

Bu il də, yəni 2018- 2019-cu dərs ili təhsil naziri Ceyhun Bayramovun sərəncamına əsasən yenidən "Təhsildə keyfiyyət ili” elan olundu.
 

Bəs, görəsən, bu sərəncamdan sonra  təhsildə nə kimi keyfiyyət artımı oldu?

Təhsil Nazirliyinin verdiyi bəyanata görə ötən 2 il ərzində Bakı şəhərində birinci sinfə şagird qəbulu tam elektronlaşdırılıb, elektron sistem vasitəsilə 50.000-dək uşaq məktəblərə qəbul olunub. 

Bundan əlavə, ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırılıb. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub.

"PİRLS 2016” qiymətləndirməsində azərbaycanlı şagirdlərin nəticəsi 462 baldan 472 bala yüksəlib, "mükəmməl" və "yüksək" kateqoriyasında olan şagirdlərimizin sayı 2 dəfə artıb.

2017-2018-ci tədris ilində ali məktəblərə 37 mindən çox abituriyent qəbul olunub. Ali məktəblərə qəbulda 200-dən yuxarı bal toplayanların çəkisi 34 faizdən 50 faizə yüksəlib.

Müstəqil ekspert Kamran Əsədov isə hesabatdakı göstəricilərin keyfiyyət göstərici olmadığı qənaətindədir.
 

Kamran Əsədov keyfiyyət meyarının ölçülmə prosesinə diqqət çəkərək bildirir ki, təhsilin keyfiyyəti monitorinqlə ölçülə bilər: "Keyfiyyət deyilən anlam tamamilə başqa bir prosesdir. Keyfiyyət yoxlama və ölçmə ilə müəyyənləndirilməlidir. Bunun üçün ilin əvvəlində 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagird arasında monitorinq aparılmalı idi. Misal üçün monitorinq nəticəsində aşkarlanmalı idi ki, bu şagirlərin bilik səviyyəsi 3-dür. İlin sonunda yenidən monitorinq aparılmalı idi və aşkarlanmalı idi ki, bilik səviyyəsi 3-dən 4-ə qalxıb. Buna keyfiyyət deyirlər”.

Kamran Əsədovun fikrincə, "təhsildə keyfiyəti ili”  çərçivəsində bir çox islahatın keçirilməsi cari il üçün keyfiyyət göstəricisi deyil: "Bizdə keyfiyyət ili yeni islahatlarla səhv salınır.  Son 2 ildə ali məktəblərdə birindən digərinə tələbələrin köçürülməsi, birinci siniflərə qəbul, müəllimlərin işə qəbulu elektron formatda çox şəffaf olaraq həyata keçirilib. Lakin bunlar islahatdır, keyfiyyət deyil. Keyfiyyət təhsil alanın, eləcə də təhsil verənin bilik və bacarııqlarının yoxlanılması, bunun nəticə artımıdır. Qabardırlar ki, diplomların tanınması, tələbələrin mübadiləsi çox şəffaf qaydada həyata keçirilib. Lakin bunlar islahatdır, keyfiyyət deyil. Biz bu islahatların keyfiyyət dərəcəsini 5-10 il sonra görə biləcəyik. Keyfiyyəti yalnızca monitorinq imtahanı nəticəsində öyrənmək mümkündür. Bizdə müəllimlərin, tələbələrin qurultayı kimi bəzi tədbirlər keçirirlər, bunu da keyfiyyət ili ilə bağlayırlar. Lakin bunların keyfiyyətlə əlaqəsi yoxdur”. 

Təhsil eksperti keçirilən monitorinqlərin Təhsil Nazirliyi tərəfindən deyil, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yeni sınaq ( təcrübə)  məqsədi ilə keçirildiyini deyib: "Əlbəttə, monitorinqlər keçirilib, lakin məqsəd keyfiyyətin ölçülməsi olmayıb. Dövlət İmtahan Mərkəzi yeni test modellərini təcrübədən çıxatmaq üçün bunu edib. Təhsil Nazirliyi heç bir şagirdin il ərzində bilik səviyyəsinin nə qədər artdığını öyrənmək üçün hansısa monitorinqi keçirməyib.  Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar da, sadəcə Azərbaycan dili və riyaziyyat fənnini əhatə edib, halbuki orta ümumtəhsil məktəblərində 11 fənn var. Bundan başqa, DİM şagirdlərin bilik və bacarıqlarının nəticələrini açıqlamayıb”.

Eksper bildirib ki, təhsilin keyfiyyəti qəbul balına görə dəyərləndirilə bilməz: "Azərbaycanda 2 ildir ki, Təhsil nNazirliyi təhsilin keyfiyyətini ali məktəblərə qəbul balı ilə ölçür. Qəbul imtahanında 600 balı toplayanların sayının artması keyfiyyət göstəricisi ola bilməz. Bu, qəbul imtahanlarının nəticəsidir. Çünki burada hər il fərqli abituriyentlər iştirak edir və keyfiyyət artımı yalnızca eyni şəxslər üzərində müəyyənləşə bilər. Yəni siz 2 imtahanda iştirak edirsiniz; birinci imtahanın nəticəsinə nisbətən ikinci imtahanın nəticəsi yüksəkdirsə, deməli, təhsildə keyfiyyət artıb, yox,  əgər ikinci imtahanda nəticəniz daha aşağıdırsa, bu, təhsildə keyfiyyətin azalması anlamına gəlir”.

Kamran Əsədov qeyd edib ki, bu illər ərzində müəllimlərin nəticələri xeyli zəif olub: "2014-2017 – ci illərdə orta məktəbdə çalışan müəllimlərin bilik və bacarıqlarını dəyərləndirmək üçün diaqnostik qiymətləndirmə keçirilib. Həmin imtahanda 35 faizə yaxın müəllimimizin göstəricisi çox aşağı olub.  Olimpiada ilə bağlı 2018-ci ilin dekabrında keçirilən imtahanda isə müəllimlərin 50 faizi suallara cavab verə bilməyib”.
 
Əminə Məmmədova
Toplum .Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo