23:35, 11 İyun 2018 (Bazar ertəsi) 79

Tbilisidə etiraz aksiyasına fasilə verilib

Tbilisidə etiraz aksiyasına fasilə verilib


/ DÜNYA
Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasına fasilə verilib.

APA-nın məlumatına görə, bu barədə aksiyanın əsas təşkilatçısı Zaza Saralidze parlamentdə yeniyetmələrin qətli ilə bağlı yaradılmış müvəqqəti istintaq komissiyası ilə keçirdiyi görüşdən sonra bildirib.

O, parlament qarşısında toplaşmış etirazçılara aksiyaya bir həftə müddətinə fasilə verildiyini deyib: "Aksiya Ramazan ayının başa çatmasından sonra bərpa olunacaq və Pankisi sakinləri də etiraza qoşulacaqlar".