12:04, 22 Noyabr 2017 (Çərşənbə) 21

Tbilisidə “antiterror əməliyyatı”

Tbilisidə “antiterror əməliyyatı”


/ DÜNYA
Gürcüstan paytaxtı Tbilisidə təhlükəsizlik qüvvələrinin silahlılara qarşı əməliyyat apardığı bildirilir. Media əməliyyatın paytaxt kənarındakı yaşayış məkanlarından birində keçirildiyini yazır.

İnsident noyabrın 22-də başlanıb. Dövlətə məxsus Birinci Kanalın məlumatına görə, təhlükəsizlik qüvvələri iki xaricini tutmağa çalışır. Ərazi boşaldılıb.

Media ərazidə partlayış, ara-sıra atəş səsləri eşidildiyini bildirir.

Şübhəlilər xarici "terror təşkilatlarıyla” kontakt yaratmaqda suçlanır. Həmin kontaktların mahiyyəti açıqlanmayıb.