17:02, 18 Aprel 2018 (Çərşənbə) 135

"Tarixi abidələri nəzərə alsınlar"

"Biznesmenlərə və inşaatçılardan artıq dərəcə xahiş etmək istəyirəm ki, yeni inşaat prosesini həyata keçirində tarixi abidələri nəzərə alsınlar".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə keçirilən "Milli irs mükafatı”nın təqdimetmə mərasimində deyib.

O bildirib ki, insanlar öz əməyi ilə keçmişə hörmətlə yanaşmalıdırlar: "Bəzən tarixi mirasa hörmətsiz yanaşan insanlar olur. Bayram günündə üzümü o insanlara tutub deyirəm ki, yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, siz tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Həmin tikilən abidələr ola bilsin ki, 200 il sonra dağıdıla bilər”.