13:34, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 157

"Taliban"ın növbəti hücumü: 30-dan çox polis ölüb



/ DÜNYA
Əfqanıstanın şimalında "Taliban" radikal hərəkatının döyüşçülərinin hücumu nəticəsində 30-dan çox polis əməkdaşı saxlanılıb.

Taliblər Samanqan vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum nəticəsində 30-dan çox polis həlak olub. Onların arasında polis rəisinin müavini polkovnik Xvani Tahiri də var.

Taliblərin 8 polis maşını, iki tank və silah-sursat ələ keçirdiyi bildirilir.

Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmlə mübarizə üzrə birgə əməliyyatlara başlayıblar.
 
Trend