22:12, 09 Mart 2018 (Cümə) 145

Taliban Əfqanıstana hücumlarını intensivləşdirib

Taliban Əfqanıstana hücumlarını intensivləşdirib


/ DÜNYA
Rəsmilərin bildirdiyinə görə, martın 9-u Talibanın Əgqanıstanın şimal-şərq bölgəsində səhər tezdən həyata keçirdiyi hücum zamanı hökumət təhlükəsizlik qüvvələrinin azı 17 əsgəri ölüb.

"Amerikanın Səsi"-nin verdiyi xəbərə görə, döyüşlər silahlıların ölkənin dağlıq Taxar əyalətinin Xavaja-Qar bölgəsindəki hərbi bazaya hücumu zamanı başlayıb.

Bu gün, martın 9-u paytaxt Kabildə daha bir hücum həyata keçirilib. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi intiharçının bombanı çox sayda insanın toplaşdığı yerin yaxınlığında partlatdığını, nəticədə azı 9 nəfərin öldüyünü, 18 nəfərin isə yaralandığını bildirib.

Hücum Kabilin qərb bölgəsində, yüzlərlə hazarın 1995-ci ildə Taliban tərəfindən qətlə yetirilən lideri Əbdül Əli Məzarinin ildönümünə toplaşdığı yerdə həyata keçirilib. Bomba hücumundan sonra Kabildə təhlükəsizlik tədbirləri gücləndirilib.

Son aylar Kabil də militantların ölümcül hücumlarına səhnə olub. Yanvar ayının sonunda Kabilin məşğul ərazisində, hökümət binasının önündə avtomobil partlayışı 100-ə qədər insanın ölümünə, 163 nəfərdən çoxunun xəsarət almasına səbəb olmuşdu.